Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Tanınmış vəkil AZAL-n şefini “topa” tutdu: “… C.Əsgərov Zabratda motor yağlayırdı”

Tanınmış vəkil AZAL-n şefini “topa” tutdu: “… C.Əsgərov Zabratda motor yağlayırdı”

Azinforum.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov AZAL-ın mətbuat xidməti rəhbərinin aşağılayıcı açıqlamasına sərt etirazını bildirib:

“Bu gün ‪AZAL‬-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin rəhbərinin mədəniyyətinə uyğun tərzdə, verdiyi müsahibə (http://bizimyol.info/news/50199.html) ilə tanış oldum. Müsahibənin verilmə tərzi, “limonad, korjik” hissəsi həmin şirkətin səviyyəsinin göstəricisidir. Məni isə maraqlandıran iki məqamdır.

Birincisi, M.Səfərlinin “Aslan İsmayılov deyəndə ki, adicə adamdır, adicə vətəndaşdır da, hüquqşünasdır” deməsi bir daha göstərir ki, bu şirkətin rəhbərliyi və əməkdaşları sadə vətəndaşları insan hesab etmirlər və onların rahatlığı ilə əsla maraqlanmırlar. Bu halın şahidi yəqin ki, “AZAL”-la uçan hər kəs görüb. Özüm dəfələrlə şahidi olmuşam ki, hər hansı vəzifəli şəxs hava limanında peyda olan kimi “AZAL” əməkdaşları onların qarşılarında necə əyilə-əyilə qaçırlar və heç bir növbə gözlətmədən nəinki yüklərini, az qala özlərini də bellərinə mindirib avtomobillərinə qədər yola salırlar. Sadə vətəndaşların isə az qala dərilərini soyurlar, istənilən müraciətə kobud cavab verilir. Çünki rəhbərlərindən gördükləri budur! Cahangir Əsgərovun xüsusi kobudluğunu sadalamağa ehtiyac duymuram. Mən isə C.Əsgərovdan fərqli olaraq heç vaxt, heç kimə yarınmadım, ləyaqətimi hər şeydən üstün tutdum, hələ 1986-cı ildə Rusiyanın ən səfalı rayonunda məhkəmə sədri işləyəndə C.Əsgərov yəqin ki, Zabratda motor yağlayırdı. Sonrakı vəzifələrimi sadalamağa ehtiyac durmuram və bu gün də şərəfimi qorumaqla sadə, Azərbaycan vətəndaşı olmağımla qürur duyuram! Xüsusilə qeyd etmək istəyirəm ki, nə Yunanıstan, nə də ki başqa bir ölkənin vətəndaşı deyiləm.

İkinci, C.Əsgərovun sözcüsü məni yalan danışmaqda suçlayır. Heç vaxt yalan danışmamışam, yazdıqlarımın hamısı düzdür, bunları istənilən mənbələrdən yoxlamaq olar. Mən C.Əsgərov kimi insanların gözünə baxa-baxa yalan danışmağı bacarmıram. Başqa məsələ ki, “AZAL”-da baş verən korrupsiyanın cüzi bir hissəsinə nəzər salmışam. Əgər imkan tapıb qeydiyyatsız reyslərdən, dəyəri milyonlarla ölçülən qanunsuz yükdaşımalardan, Airport Gate, Baku Cargo Terminal, Duty Free, Ground Handling Company, Holiday Inn Baku airport, Azal Sıgorta, SKY Catering, Silk Way Business Aviation, Bank Silk Way, Silk Way Construction, SWIT, Silk Way Supply, Silk Way Technics, SW Travel-də baş verən korrupsiya mənbələrini araşdırsam, bu gün məni təhqir etmək istəyənlər qaçmağa yer axtaracaqlar.”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın