Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Aktual / Tanınmış vəkil növbəti dəfə Nuşirəvan Səfərova qalib gəldi – İşə xitam verildi + FOTO

Tanınmış vəkil növbəti dəfə Nuşirəvan Səfərova qalib gəldi – İşə xitam verildi + FOTO

BDYP rəisi Bəhruz Bayramovun günahsız olduğunu etiraf edib

Azinforum.az xəbər verir ki, bu barədə məlumatı vəkil B.Bayramov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Vəkilin yazdığına görə, ona maddi və mənəvi konpensasiya ödənilməlidir: “Nəhayət, mən qələbə çaldım və ədalət öz yerini tapdı. Mənim, ailəmin çəkdiyi iztirablar üçün üzr istəməli və təkzib verməlisiniz. “Real”, “Xəzər”, “İctimai” TV-lərində bu faktlar təkzib olmalıdır. Həmçinin onlar maddi və mənəvi cəhətdən konpensasiya ödəməlidir. Bütün mediya bu yazılanları gözdən keçirsin. Haqq-ədalət qazandı və siz etdiklərinizə görə cavab verəcəksiniz!”

Xatırladaq ki, ötən il Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru T.Həsənəliyev vəkilin sərxoş olması iddiası ilə (İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1 maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətmək) barəsində protokol tərtib olunub.

Bu olay yol polisi tərəfindən ölkənin kütləvi informasiya vasitələrinə də çıxarılmışdı. Sonradan bəlli olub ki, Bəhruz Bayramov ayıq sürücü ilə mənzilinə gedib.

Həmin zaman ayıq sürücü xidməti çağırışın olmasına dair rəsmi sənədi də məhkəməyə təqdim edib.

67790381_2304371413157461_4969024063344214016_n

Həmçinin oxuyun

46 yaşında Bakı Ali Neft Məktəbinin tələbəsi oldu – Foto

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən …