Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Tanınmış tarixçi Müdafiə Nazirliyinə qalib gəldi

Tanınmış tarixçi Müdafiə Nazirliyinə qalib gəldi

Azərbaycanlı tarixçi Nəsiman Yaqublu məhkəmə çəkişməsində nazirliyə qalib gəlib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Yaqublu Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq olunması və veteran statusunun verilməsi ilə bağlı Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb.

Müdafiə Nazirliyi məhkəməyə cavabdeh şəxs kimi cəlb edilib. N.Yaqublunun ərizəsini təmin edilib, qurum bu qətnamədən apelyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova qətnaməni qüvvədə saxlayıb və qərar dəyişdirilməyib.

Qeyd edək ki, N.Yaqublu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin baş müəllimidir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …