Çərşənbə , Aprel 24 2024
Ana səhifə / TANINMIŞ RESTORANIN FIRILDAĞI — FOTOFAKT

TANINMIŞ RESTORANIN FIRILDAĞI — FOTOFAKT

Bayram günləri fürsətini hərə bir cür dəyərləndirdi – xaricə üz tutanlar, bölgələrə gedənlər və Bakıda qalanlar…

Dəyişməyən yalnız o oldu ki, hamı əziz günləri imkan daxilində, yəni, cibinə uyğun şəkildə, amma mümkün qədər təntənəli qeyd etməyə çalışdı. Etiraf edək ki, yenə ölkə daxilində bəzi fırıldaqçı otellər və restoranlar cibgirliklərindən əl çəkmədilər. Təəssüf ki, qiymətlər ceyran belində olsa da, xidmət yenə ən aşağı səviyyədə idi.

Heç 1 ulduza belə, layiq olmayan otellərin qiyməti, 2 nəfər üçün, 60 manat hesablanır. Bəzi yerlərdə bu qiymətə hətta səhər yeməyi də daxil deyil. Artıq bəllidir ki, xaricdə bu qədər xərc çəkməklə xeyli səviyyəli və komfort istirahət mümkündür.

Problem çox müzakirə olunsa da, vəziyyət dəyişmir, hətta getdikcə daha da pisləir. İndi nəinki otellər, ölkədə fəaliyyət göstərən restoranlar da “cibgirliyə” başlayıb. Bölgələrin bir çox yerlərində “süfrəyə haram qatmazlar” prinsipinə sadiq qalınsa da, paytaxtda bu ənənə daim pozulur. Özü də ən məşhur restoranlarda.

Müştəriyə su sırımaq

Tanınmış məkanlar yeni taktikaya əl atıblar. Restorana gələn müştəriyə sifarişindən əlavə, istəyi olmadan su gətirilir. Müştəri su istəmədiyini desə də, “bu bizim ikramdır” deyilir. Sonda isə bu ikram hesabda özünü göstərir. Belə halla oxucumuz Tofiq Sadıxov “Günaydın” restoranında üzləşib: “Oturan kimi ofisiant su gətirdi və bizdən heç nə soruşmadan qədəhlərə süzməyə başladı. Dedim ki, su sifariş etməmişik. Cavabında bildirildi ki, narahat olmayaq, bu ele-belədir. Düşündüm ki yəqin müştəriyə jest edirlər.

Menyuya baxdım, dönər yox idi. Ofisiantdan soruşdum, dedi var. Dönər, lahmacun və ayran sifariş etdim. Hesabı gətirəndə sifariş etdiklərimdən əlavə, bir də anlamadığım “KUVER” sözü yazılmışdı. Soruşanda dedilər ki, bu içdiyiniz suyun puludur. Etiraz etdim ki, su sifariş etməmişəm, həm də dediniz ki, ikramiyyədir, nədir, bu nə özbaşınalıqdır? Məcburi gətirir, sonra da hesaba yazırsız. Meneceri çağıtdırdım. Bir türk yaxınlaşdı. Soruşdum ki, bu “KUVER” nə olan şeydi? Dedi bu, bütün restoranlarda olur, salfetka, duz, istiot, çörək və sonda içdiyiniz çaya görə ümumi “KUVER” hesab yazılır.

Məzən olsun, “KUVER” yiyəsi

Halbuki, bizim stolda sadalananlardan yalnız duz, istiot və su vardı, salfetka, çay isə özlərinin uydurması isi. Yəni, heç nə sifariş etməsəniz belə, “KUVER” ödəyib getməlisiniz. Etirazımı bildirib yeni hesab istədim və “KUVER”dən xilas oldum.

Məsələ 2 manatda deyil, mənə təsir edən başqa məqamdır: Türkiyədə bəlkə də adidən adi kafeni işlətməyə səviyyəsi çatmayan birini gətirib Azərbaycanda restoran müdiri qoyurlar və ona imkan verirlər ki, bizi belə ələ salsın”.

Bu cür hallar son vaxtlar bir çox yerdə baş verir. Sifariş olunmayan qidaların hesaba yazılması yeni fırıldaq növüdür. Belə yanaşma ilə hələ ölkədə turizmin inkişafından da danışırıq. Qəpiyinin də qədrini bilən avropalı ətin kilosunun 10 manata satıldığı ölkədə 7 manata təbii ki, dönər yeyib, “KUVER” ödəməyəcək. O, çantasındakı “buterbrot”la kifayətlənəcək.

“Bakı-2015” Avropa Oyunlarında gəlir əldə etmək istəyənlər, bir az düşünsəniz yaxşı olar. Sizin düşünmədən atdığınız bu cür addımlar bizim turizmə çox ciddi zərbədir.

 

Həmçinin oxuyun

Qaçırılan qızın atası: Qızımı oğurlayıblar – VİDEO

Bərdə rayonunun Uğurbəyli kəndində 23 yaşlı Sevinc Abdullayeva səhər saatlarında, işə gedərkən qaçılıb.  Qeyd edilir ki, 23 …

Bir cavab yazın