Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Tanınmış rəssam, görkəmli alim Səyyar Əliyev 70 illik yubileyini qeyd edir – FOTO

Tanınmış rəssam, görkəmli alim Səyyar Əliyev 70 illik yubileyini qeyd edir – FOTO

Bu gün tanınmış rəssam, tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyevin 70 yaşı tamam olur. Səyyar Əliyevi yaxından tanıyanlar bilir ki, bu gözəl alim Qarabağ dərdi ilə yaşayan ziyalılarımızdandı. Onun yaradıcılığında itirilmiş torpaqlar, şəhidlər, faciələrimizlə bağlı mövzular əsas yeri tutur. Hazırda Azərbaycan Pedaqoji Universitetində müəllim işləyən Səyyar Əliyev ölkənin mədəni həyatında da yaxından iştirak edir. Azinforum.az kollektivi adından bu gözəl insanı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona elmi fəaliyyətində və yaradıcılıq işlərində bol-bol uğurlar arzulayırıq. Ən əsas diləyimiz isə budur ki, Səyyar müəllim növbəti doğum gününü doğma Şuşa şəhərində qeyd etsin!

Azinforum.az

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …