Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Tanınmış prodüserə AĞIR İTKİ — FOTO

Tanınmış prodüserə AĞIR İTKİ — FOTO

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri, tanınmış televiziya prodüseri Əli Vəliyevə ağır itki üz verib.

” Azinforum.Az”-ın məlumatına görə, Ə.Vəliyevin anası ötən gün vəfat edib. Mətbuat katibi bu barədə sosial şəbəkədə yazıb:

“Əziz Anam, gözəl Anam! Ölüm sənə heç yaraşmadı. O gözəl əllərini tutanda, sanki yaşadığını hiss etdim. Gözəl Anam, əzablı günlərin geridə qaldı, rahatlığa qovuşdun. Əzablar bizim üçün başladı. İki gün səndən ayrı qaldım qopdun getdin. Bağışla Ana!!! Yanında ola bilmədim, ölüm anında, bəlkə nəsə sözün var idi mənə.  Amma ölümü sevindirmək istəmirəm, ölüm sevinməsin qoy, çünki sən bizim ürəyimizsən, daim qəlbimizdəsən! Daim də olacaqsan!”

Qeyd edək ki, Ə.VƏliyevin anası uzun müddətdir xərşəng xəstəliyindən əziyyət çəkirdi. 

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …