Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Tanınmış kinorejissorun oğlu itkin düşdü – Foto

Tanınmış kinorejissorun oğlu itkin düşdü – Foto

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.

 

Bu barədə Report-a rejissorun qızı Səadət Əliyeva məlumat verib.

 

Onun sözlərinə görə, qardaşı Rəşad Əliyev yanvarın 25-i səhər saat 8.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: “Qardaşımın işlədiyi yerdən verilən məlumata görə o, heç işdə də olmayıb. Qardaşımı tapan, yaxud yerini deyən şəxs mükafatlandırılacaq”.

 

Rəşad Əliyev 1973-cü il dekabrın 13-ə anadan olub. Evdən çıxanda əynində qara dəri gödəkçə, başında tünd boz yun kepka, əynində boz boğazlı qalın köynək, tünd göy rəngdə göy cins şalvar, gözündə optik eynək olub. R.Əliyev orta çəkildir, boyu 175 sm-dir.

 

R.Əliyevi görənlər, yaxud onun yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın