Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Tanınmış jurnalist AXCP rəhbərliyinin qəzzəbinə niyə tuş gəlib? (ÖZƏL)

Tanınmış jurnalist AXCP rəhbərliyinin qəzzəbinə niyə tuş gəlib? (ÖZƏL)

Tanınmış jurnalist Sərdar Əlibəyli Azinforum.az-ın yazdıqlarına reaksiya verdi

(Həmin yazını bu linkdən oxuya bilərsinizhttps://www.azinforum.az/?p=4138).

Jurnalistin  redaksiyamıza ünvanladığı məktubu olduğu kimi təqdim edirik:
“AXCP-də bu gərginliklərin labüd olacağı haqda aylar öncədən bildirmişdim və hətta bununla bağlı ümumi dostlar vasitəsi ilə partiyanın rəhbərliyini də məlumatlandırmışdım. Bu qədər ciddi bir xəbəri, ya görməzlikdən gələn, ya da bunda özü maraqlı olan təşkilat rəhbərləri, indi gərginliyin qaçllmaz olduğunu görüb də, guya önləyici tədbirlər adına, mənasız işlərnən məşğuldular və elə düşünüllər ki, iki-üç nəfər aktiv cəbhəçini partiyadan kənarlaşdırmaqla olacaqlardan yan keçə biləcəklər. Demək istiyirəm ki, Müsavatda olanların birəbir AXCP-də təkrarlanması qaçılmaz bir məsələdi və prosesə də artıq start verilib. Bunun da özünəməxsus tamam başqa səbəbləri var ki, o ayrı söhbətin mövzusudur.
O ki qaldı, adıçəkilən cəbhəşilərin, guya mənimlə görüşdüklərinə görə partiyadan çıxarılmalarına, bu haqda mənim özümə də bir neçə mənbədən məlumat daxil olub. Bütün hallarda özünü ölkənin aparıcı müxalifət partiyası hesab edən bir təşkilatda, gerçəkdən belə bir hal baş verərsə, bu özlüyündə bir müddət öncə, AXCP-nin sədr müavini postunnan getmiş Razi Nurullayevin partiya rəhbərliyinin ünvanına səsləndirdiyi iddiaların birbaşa təsdiqi olacaq. Amma mən ciddi bir təşkilatın bu qədər çılız bir addıma gedəcəyini ehtimal eləmirəm və görünür ortada bizum bilmədiyimiz başqa məsələlər və ya səbəblər var
Ağaşirin Tarıverdioğlu və Dəyanət Babayevə gəlincə, bildirirəm ki, bu şəxslərlə illərdi ki, şəxsi münasibətlərim var və bunun da nə AXCP-yə, nə də indi bu təşkilatda baş verənlərə qətiyyən dəxli var. Və bütün hallarda, onlar mənim dostlarım olaraq qalacaqlar. İstənilən partiya və ya təşkilat öz üzvləri ilə nə cür davranmaqda sərbəstdir və bu münasibətlət o təşkilatların nizamnamə tələbləri ilə tənzimlənir, üzvlərin Sərdar Əlibəyli ilə dost və ya düşmən olmaları ilə yox.
Xəbərdə deyildiyi kimi, guya mənim “hazırda AXCP rəhbərliyi ilə ciddi konfliktlərim”in olduğuna gəlincə, deməliyəm ki, bu, nə əsli, nə də astarı olan bir məsələdi. Əslində mənin AXCP rəhbərliyi ilə hər hansı formada təmaslarım , yaxın-uzaq münasibətlərim ümumiyyətlə yoxdu və buna görə də hər hansı formada konfliktin yaranmasına səbəb də görmürəm. Bəlkə bəzi tədbirlərdə, ya da toyda-yasda təsadüfi görüşmələrimiz ola bilər ki, bu zaman da, səmim hal-əhval tutmaqdan savayı, hər hansı söhbətimiz də olmaz. Mənim ümumiyyətlə Azərbaycanın siyasi arenasında olan nə təşkilatların özlərinnən , nə də rəhbərlərinnən heç bir konfliktim olmayıb və indi də yoxdu. Əksinə, həmişə onların uğur qazanmalarını istəmişəm, uğursuzluqlarına da üzülmüşəm”.

Vidadi Ordahallı 

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın