Ana səhifə / Aktual / TANINMIŞ İŞ ADAMINA  DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ VƏZİFƏ VERİLDİ

TANINMIŞ İŞ ADAMINA  DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ VƏZİFƏ VERİLDİ

Azinforum.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı Vəli Nağıyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə rəhbər vəzifəyə təyin edilib.  V. Nağıyevin  bir həftə olar ki, yeni işinin icrasına başladığı bildirilir. Sabiq iş adamı qurumda Baş İdarə rəisi vəzifəsinə təyin edilsə də, onun birinci müavinin otağında oturduğu söylənilir.

 Vəli Nağıyev bu təyinata kimi A.P.İ.K Şirkətlər Qrupuna rəhbərlik edib.

 Qeyd edək ki, Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşıdır.

Mövzu ilə bağlı  rəsmi təsdiq almaq üçün Dövlət Miqrasiya Xidməti ilə  əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

RÖVŞƏN ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın