Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Tanınmış iş adamı və deputat güllələnib – Foto

Tanınmış iş adamı və deputat güllələnib – Foto

Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov öz bağında naməlum qatil tərəfindən sinəsindən güllələnib. 

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin” z “bəndi ilə cinayət işi başladılıb.

Xatırladaq ki, Leninqrad bölgəsində tanınmış iş adamı olan 61 yaşlı Aleksander Petrovun oğlu Vitali Petrov ilk Rus “Formula 1” pilotlarından olub. Petrov özü isə bir sıra səhmdar cəmiyyətlərin və digər yerli müəssisələrin ortaq sahibi idi.

Tanınmış iş adamı və deputat güllələnib -  Foto

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …