Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Tanınmış hərbi həkim 42 yaşında vəfat etdi

Tanınmış hərbi həkim 42 yaşında vəfat etdi

Azərbaycanda tanınmış hərbi həkim, beyin cərrahı Azər Əkbərov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 42 yaşlı həkimin onkoloji xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, A. Əkbərov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O, həmin akademiyanı birinciliklə bitirib. Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.

Azər Əkbərov tibb xidmət mayoru olub. Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …