Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / TANINMIŞ AKTYORDAN “İSA ƏZİZOV HADİSƏSİ”NDƏ NÜFUZLU ŞƏXSLƏRİN ADININ HALLANDIRILMASINA ETİRAZ

TANINMIŞ AKTYORDAN “İSA ƏZİZOV HADİSƏSİ”NDƏ NÜFUZLU ŞƏXSLƏRİN ADININ HALLANDIRILMASINA ETİRAZ

Azinforum.az xəbər verir ki, bir neçə gün əvvəl, İsa Əzizov adlı idmançının Bakı şəhərindəki yanacaqdoldurma məntəqəsində dava-dalaş salması ətrafında yaranmış ajiotaj hələ də səngiməyib. Ən əsası da, medianın bu mövzuya kifayət qədər diqqət ayırdığı nəzərə çarpır. Biz də öz növbəmizdə İsa Əzizovun etdiyi əməlləri kəskin şəkildə pisləyirik. Hesab edirik ki, hansısa statusundan, maddi imkanından asılı olmayaraq, hər bir şəxs etdiyi əmələ görə  qanun qarşısında cavab verməlidir. Hər gün Bakı şəhərində 1o-larla belə xuliqanlıq hadisəsi qeydə alınır, bəs nədən onların rezonansı bununku qədər olmur? Səbəb bəllidir.

Sən demə, mediaya məlum olub ki, İsa Əzizov Azərbaycanda kifayət qədər tanınmış və dövlətçiliyə sadiqliyi ilə seçilən şəxslərin qohumudur. Artıq mediada gedən müzakirələrdən də bəllidir ki, söhbət Məhərrəm və Adil Əliyev qardaşlarından gedir. Bu hadisə ilə bağlı həmin qardaşların adı manşetlərə daşınan vaxt millət vəkili Adil Əliyev məsələyə münasibət bildirdi və İsa Əzizovla qohumluq əlaqəsini gizlətmədi. Bununla yanaşı, onun hərəkətini pislədi və qanun qarşısında cavab verməli olduğunu bildirdi. Millət vəkili həm də, onların adının bu hadisədə hallandırlmasına kəskin etiraz etdi.

Azinforum.az bildirir ki, bu hadisənin fonunda Məhərrəm və Adil Əliyev qardaşlarının adının onlara qətiyyən aidiyyəti olmayan bir hadisədə hallandırılmasına kəskin etiraz edənlərdən biri də tanınmış aktyor Rza Rzayev  olub. Biz, Rza Rzayevin bu xüsusda bölüşdüyü fikirləri olduğu kimi təqdim edirik:

“Adil Əliyev ilə həyatda iki dəfə görüşmüşəm, ikinci görüşümüz şəxsi dəvəti ilə olmuşdu, ziyalılar və sənət adamları ilə görüşürdü, məni də dəvət etmişdilər, bu günə qədər bir-birimizdən elə bir işimiz keçməyib və yaxud ondan edəcəyim xahişim olmayıb, tanıyanlar bilir ki, ən çətin anlarda belə özəl xahişlər etmirəm! Ortaq dostlarımız var, onu başqalarına olan münasibətdən tanımışam, yəni dostlar haqqında yaxşı fikirlər deyib , son tədbirdə də – həssas olduğunu, çox adamın ” tuta” bilmədiyini necə incə,”görünməz ” həll etdiyini gördüm, bir ” professor “çıxışında oturduğumuz yerin panoramasından çox danışanda onun sözün kəsdi, söhbəti dəyişdi, çünki məclisdə gözlərini müharibədə itirmiş şəxs iştirak edirdi, onun yanında gözəl məkandan, görünüşdən danışmaq yaxşı deyildi!

İndi bu adama yaxından-uzaqdan qohum olanlar hansısa yaramaz hərəkət ediblər, çoxluq ağzına gələni danışır, hadisəni mahiyyət və məzmunu, hadisəni törədən qalıb kənarda, hamı hədəfə

” qardaşları” alıb və yaxud Adil Əliyevi! Sözsüz ki, bu adamların cəmiyyətdəki özünəməxsus rolları, iddaları, nüfuzları düşmən, dost və rəqib yaradıb. Qardaşlar toplumla ehtiyatla davranan insanlardı, insanlarla işləməyi bacarırlar , onlar belə ehtiyatsızlığa ” yol” verəcək şəxslər deyillər! Kimisə kimdən müdafiə etmək fikrim yoxdur! Sözümün canı nədi, yəni canımı nə ağrıdır, dərdim nədi?

Fürsətçiliyə qarşı etiraz edirəm, üsyan edirəm, düşməndə zəif yer axtararlar, rəqiblə onun güclü tərəfi ilə mübarizə apararlar, onda həm mübarizə tərəfləri qazanır , həm də toplum. Yoxsa, fürsətçi olmaq, pusquda durmaq, kiminsə qardaşından, oğlundan, qohumundan ” hadisə” yaratmaq yaramaz! Bu adətə qarşıyam! Evində sözünü keçirə bilməyənlər, başqalarını niyə qohumuna sözün keçmir – qohumunun hərəkətinə cavabdeh sizsiniz- deyə mühakimə etməzlər. Aramızda nə qədər qohumu ilə illərdi danışmayan, illərlə əlaqə saxlamayanlar var. Belə mühakimələr haqlı tərəfi haqsız vəziyyətə salır! Bu “adəti” dəyişmək lazım , yoxsa- hamımız belə ” təcavüzə” düçar olacağıq!”

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın