Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / TANAP-ın açılış mərasimində qalmaqal: Ərdoğanın çıxışı nazirin etirazına səbəb olub…

TANAP-ın açılış mərasimində qalmaqal: Ərdoğanın çıxışı nazirin etirazına səbəb olub…

Türkiyədə TANAP qaz kəmərinin açılışı mərasimi zamanı qalmaqal baş verib.
Yunanıstanın energetika və ətraf mühit naziri Dimitris İkonomunun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına etiraz olaraq mərasimi tərk edib. Bu haqda Skai telekanalı bildirir.
Ədirnədə keçirilən mərasimdə Ərdoğan bəyan edib ki, Türkiyə Kipr elfində və Kiprin Aralıq  dənizindəki iqtisadi zonasında kəşfiyyat və qazma işlərini dayandırmayacaq. Onun sözlərinə görə, Aralıq dənizindək Kipr türklərinin enerji daşıyıcılarının hasilatı ilə bağlı hüquqları pozulur və Ankara beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Ərdoğan deyib ki, heç bir tənqidlər və hay-küy Türkiyəni kəşfiyyat gəmilərini oradan geri çəkməyə məcbur edə bilməz.

İkonomu isə bu çıxışdan bir dəqiqə sonra etiraz olaraq tədbiri tərk etdiyini bildirib. Onun sözlərinə görə, türklər problemin səbəbi haqda soruşublar. Və o izah edib ki, Ərdoğanın bəyanatından sonra tədbirdə qala bilməz və gedir.
Daha sonra Yunanıstan XİN Ərdoğanın bəyanatını pisləyib və Türkiyəni regionda beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb.
“Təəsüf doğuran faktdır ki, Türkiyə prezidenti dinc əməkdaşlıq layihəsini hərbi ritorika nümayişinə və beynəlxalq qanunvericiliyin tələblərinə qarşı hörmətsizliyə çevirdi”,-bəyanatda deyilir.
Xatırladaq ki, TANAP-ın tamamlanması və TAP-a birləşdirilməsi mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. (Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …