Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Tamerlan Musayev bu dəfə də Finlandiyada təyyarəyə bomba “qoydu”

Tamerlan Musayev bu dəfə də Finlandiyada təyyarəyə bomba “qoydu”

Bu gün axşam İsveçin Stokholm şəhərindən Finlandiyanın paytaxtı Helskinkiyə uçan, Skandinaviya Hava Yollarına məxsus təyyyarə göyərtədə bomba qoyulduğu barədə xəbərdarlıqdan sonra reysi təxirə salıb.

Virtualaz.org saytı rbc.tv-yə istinadən xəbər verir ki, naməlum şəxs Helsinki aeroportunda sərhədçilərə yaxınlaşaraq təyyarəyə bomba qoyulduğunu bildirib.

Reys təxirə salınıb, təyyarədə axtarış aparılıb, ancaq partlayıcı tapılmayıb. Həmin şəxs saxlanılıb.

Məlum olub ki, onun adı Skandinaviya hüquq-mühafizə orqanlarına yaxşı tanışdır. Rusiya vətəndaşı olan 49 yaşlı azərbaycanlı Tamerlan Musayev 1993-cü ildə Rusiyanın Tümen şəhərindən Sankt-Peterburqa uçan sərnişin təyyarəsini qumbara partlatmaqla hədələyərək qaçırıb. Layner Stokholmda yerə enib.

Təyyarəni qaçıran şəxs İsveç hakimiyyətindən sığınacaq istəyib, ancaq onu həbs edərək Rusiyaya ekstradisiya ediblər. Tamerlan Musayev hərəkətini onunla izah edib ki, Azərbaycan ordusunda xidmət etmək və Qarabağ müharibəsində iştirak etmək istəmir.

Ötən il isə Musayev “Norwegian Air” şirkətinə məxsus təyyarənin göyərtəsində olarkən baqajında bomba olduğunu bildirib. Təyyarə təcili olaraq İsveçin Göteborg şəhərində yerə enib, sərnişinlər evakuasiya olunub, ancaq bomba tapılmayıb.

Musayev barəsində cinayət işi qaldırılıb. Ona gələn ay hökm oxunmalıdır. Bir il əvvəl törətdiyi əmələ görə onu ya 1 il həbs, ya da cərimə gözləyirdi. Lakin Musayev hökmün elan edilməsini gözləmədən daha bir oxşar əməl törədib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın