Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Talibana ağır zərbə

Talibana ağır zərbə

Pakistan ordusunun Taliban yaraqlılarına qarşı keçirdiyi əməliyyatlarda 80-ə yaxın terrorçu məhv edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə general Asim Səlim Bajva açıqlama verib.
“Xeybər bölgəsinin Əfqanıstan – Pakistan sərhəddi yaxınlığında terrorçularla atışma baş verib. Hərbi aviasiya qüvvələrinin də dəstək verdiyi quru əməliyyatı zamanı Əfqanıstan tərəfə qaçan 80 Taliban yaraqlısı məhv edilib. İnsident zamanı 7 hərbçi ölüb”.
Bajva həmçinin həmin əməliyyat zamanı 100 yaraqlının yaralandığını bildirib.
Ötən ilin iyun ayında Pakistan ordusunun Şimali Vəziristanda, oktyabr ayında isə Xeybər bölgəsində Taliban terrorçularına qarşı əməliyyatlara başlayıb. İndiyə qədər həmin əməliyyatlar zamanı 3 200 yaraqlının öldürüldüyü bildirilir.
Dekabrda isə taliblər Pəşavərdə bir məktəbə hücum edərək girov götürdükləri insanlardan 150 nəfərini öldürmüşdülər. Bundan sonra taliblərə qarşı keçirilən əməliyyatlar intensivləşmişdi.

 

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın