Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Taleh Qaraşovun imitasiya xarakteri daşıyan narkomaniya tədbiri – RƏZALƏT

Taleh Qaraşovun imitasiya xarakteri daşıyan narkomaniya tədbiri – RƏZALƏT

Lənkəran Heydər Əliyev Mərkəzində narkomaniyaya qarşı toplantı keçirilib.

Azinforum.az-ın məlumatına görə, Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, tələbə və müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə mövzu ilə bağlı rəsm əsərlərindən ibarət sərgiyə, narkotik vasitələr, onların insan orqanizmində yaratdığı fəsadlar barədə videoçarxa baxıblar. İcra başçısı Taleh Qaraşov narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən söhbət açaraq bildirib ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. T.Qaraşov narkomaniya ilə mübarizə sahəsində rayonda görülən işlərdən və həyata keçirilən tədbirlərdən söhbət açaraq qeyd edib ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidirlər.

Konfransda şəhər icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva, Lənkəran rayonlararası narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev, Narkotiklərlə Mübarizə Baş İdarəsinin cənub regional şöbəsinin rəisi İzzət Əsgərov və başqaları çıxış ediblər.

Azinforum.az -dan zəruri qeyd: Bildirmək istəyirik ki, Taleh Qaraşovun görüntü xatirinə videoçarx izləməsi və sonra  həmin məlumatlardan piar kimi istifadə etməsilələ bu acı bəladan yaxa qurtarmaq mümkün deyil. Statistikaya müraciət etdikdə  məlum olur ki, Azərbaycanın regionları içərisində bu acı bəlanın ən çox yayıldığı region məhz Cənub bölgəsidir. Bəllidir ki, bunun da bir sıra obyektiv səbəbləri var. Xüsusilə də həmin regionun İranla həmsərhəd olması və rayonlarda narkomaniya ilə mübarizənin zəif təşkil edilməsi belə bir mənzərəni ortaya qoymuş olur. Həmin bölgənin rayonları içərisində  Lənkəran narkomaniyanın yayılmasına görə ön sırada gedir. Taleh Qaraşovun rayona rəhbər təyin olunmasından sonra isə, bu satistikada müsbət deyil, daha mənfi təzahürlər nəzərə çapmağa başlayıb. Bu baxımdan da, yaxşı olardı ki, Taleh Qaraşov və onun administrasiyası narkomaniyanın vəziyyətilə bağlı illəri əhatə edən konkret müqayisəli statististikadan bəhs edərdilər. Bu sahədə real vəziyyəti əks etdirən hesabatı yaxın günlərdə təqdim edəcəyik.

Rövşən ƏLİ 

Azinforum.az

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …

Bir cavab yazın