Cümə axşamı , May 23 2019
Ana səhifə / Aktual / Tale Heydərovun klubundan şikayət

Tale Heydərovun klubundan şikayət

Ukraynalı baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ”dən göndərilən rumıniyalı hücumçu Andrey Kristea klubdan FİFA-ya şikayət edə bilər.

Qafqazinfo” xəbər verir ki, eks-baş məşqçi Dorinel Muntyanunun komandaya gətirdiyi və onun gedişindən sonra qovulan futbolçuya “qırmızı-qaralar”ın hələ də borcu var.

Futbolçu özü də bunu saytımıza açıqlamasında təsdiqləyib: ““Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”.

Qeyd edək ki, Andrey Kristea “Qəbələ”yə 2014-cü ilin yayında gəlib və elə həmin ilin son ayında da klubdan ayrılıb. O, əyalət klubunun heyətində 8 oyunda meydana çıxmışdı və fərqlənə bilməmişdi.

Həmçinin oxuyun

Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq – Şərtlər

Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər. “Qafqazinfo” …

Bir cavab yazın