Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Tahsil haqqını ödəyə bilməyən gənc itkin düşüb – Foto

Tahsil haqqını ödəyə bilməyən gənc itkin düşüb – Foto

Azərbaycanda II kurs tələbəsi 11 gündür ki, itkin düşüb. Bu barədə “Qafqazinfo”ya itkin düşən Əsədulla Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.

O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib: “Bu il onun təhsil haqqını ödəyə bilmədik. 1500 manat təhsil haqqı idi. Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. I  kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər. Özümüz hazırda Qara Qarayevdə kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf, bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.

Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilər.

Əlaqə telefonu: (050) 461-53-17

Günel Türksoy

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …