Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Tahir Salahov dəfn edildi – Video+Fotolar

Tahir Salahov dəfn edildi – Video+Fotolar

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir. 

“Qafqazinfo”nun məlumatına görə, İçərişəhərdə yerləşən “Art Galleri”dəki mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Daha sonra Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq. Artıq mədəniyyət naziri Anar Kərimov da dəfn mərasimində iştirak etmək üçün I Fəxri Xiyabana gəlib. 

Xatırladaq ki, o, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib.

***

Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub.

***

T. Salahovun dəfn mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün bütün Azərbaycan ictimaiyyəti üçün ağır gündür: “Azərbaycanın görkəmli ictimai mədəniyyət xadimi Tahir Salahovun dəfn mərasimidir. Tahir müəllim tək Azərbaycanın mədəniyyət xadimi deyil, eyni zamanda dünya şöhrətli rəssam olub. Onun ürəyi hər zaman Azərbaycanla döyünüb. Əsərləri dünyanın ən gözəl, mötəbər muzeylərində nümayiş olunur. O, Azərbaycanı layiqincə hər yerdə təmsil edib. Müxtəlif dövlət mükafatları alıb. Əsərləri, şəxsiyyəti, fəaliyyəti heç zaman unudulmayacaq. Fürsətdən istifadə edib Azərbaycanm dövləti, hökuməti adından onun ailə üzvlərinə başsağlığı diləyirəm”.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fqafqazinfo%2Fvideos%2F868717653857998%2F&show_text=false&width=560

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …