Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Tahir Kərimlinin himni qısaltmaq təklifinə öz həmkarından sərrast cavab – Video

Tahir Kərimlinin himni qısaltmaq təklifinə öz həmkarından sərrast cavab – Video

Son günlər millət vəkili Tahir Kərimlinin Azərbaycan dövlət himninin qısaldılması ilə bağlı səsləndirdiyi təklif birmənalı qarşılanmayıb. Onun bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, deputatın bu təklifinə sərrast cavab isə həmkarı Fəzail İbrahimlidən gəlib.

O, verdiyi təhlildə himnə toxunmağın qəbuledilməz olduğunu bildirib.

“Bir dəqiqə, bir saniyə ayaqüstə dayanmaq nə qədər yorucu görünür?! Toxunmaq olmaz belə şeylərə. Bunlarla oynamaq olmaz. Adları dəyişmək olmaz. Bunlara millətin, dövlətin tarixində müqəddəs möhür vurulub. Xahiş edirəm, bu məsələlərdən yan keçin. Başqa məsələlərlə oynamaq olar”, – deyə F. İbrahimli qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …