Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”

Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”

Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli prezidentin Şamaxı və Ağsuda keçirdiyi görüşlərdən danışdı və dövlət-vətəndaş münasibətlərindən məmnunluğunu ifadə etdi: “Prezident İlham Əliyevə Ağsu və Şamaxıda zəlzələ ilə əhaliyə verilən dəstəyə, görülən işlərə görə seçicilərim adından təşəkkür edirəm”. T. Kərimli operativ fəaliyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Səhiyyə Nazirliyinə də təşəkkür etdi.

Gömrük sahəsində görülən işlər nəticəsində Azərbaycanda büdcəyə ciddi daxilolmaların baş verdiyini deyən deputat vergi, ekologiya sahəsində yeni metodların üzə çıxmasını müsbət qiymətləndirdi: “Biz artıq güclü dövlət qurmuşuq. Ölkəmizdə sənaye, aqroparklar, kənd təsərrüfatı sahəsi güclüdür. Bu islahatların mahiyyəti, güclü dövlət və güclü cəmiyyətin qurulmasından ibarətdir”.

Daha sonra o, seçildiyi dairənin problemlərinə diqqət çəkdi. T.Kərimli Ağsuda məktəb təmiri və kəndlərin su təchizatı ilə bağlı işlərin görülməsinə ehtiyac olduğunu bildirdi. Həmçinin Ağsu şəhərinin içərisindən keçən çayın 2 km-lik hissəsinin sahili boyunca bənd hörülməsini təklif etdi.

Ağsu şəhərinin qoruq elan olunmasını zəruri sayan T.Kərimli 2019-cu ilin “Nəsimi ili” olmasına istinad edərək, İmadəddin Nəsiminin nəşinin Azərbaycana gətirilməsi barədə də çağırış etdi: “Nəsimi Azərbaycan mütəfəkkiridir, dahi Azərbaycan şairidir. Hökumətdən Azərbaycan şairinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı düşünməyi təklif edirəm”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …