Şənbə , Aprel 20 2024
Ana səhifə / Tahir İmanov: “Röya, niyə susursan?”

Tahir İmanov: “Röya, niyə susursan?”

Gürcü müğənni Soso Pavliaşvilinin Bakıya səfəri ilə bağlı qalmaqala “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov da səssiz qalmayıb.

Bundan əvvəl də öz etirazını bildirən Tahir İmanov bu dəfə deputatları, ictimai xadimləri, qarabağlı incəsənət nümayəndələrini susmaqda qınayıb.

Tahir İmanov bununla bağlı müğənni Röya Ayxana xüsusi çağırış edib: “Mən öz mövqeyimi bundan əvvəl dəfələrlə bildirmişəm. İctimai xadimlərdən, deputatların rəy almaq lazımdır ki, niyə onlar susurlar? Gecə-gündüz vətənpərvərlik haqqında mahnılar düzüb-qoşan müğənnilərimiz var ki, ilk növbədə də əsli-kökü qarabağlı olan müğənniləri yığın soruşun. Röyadan soruşun ki, niyə susuran? Bir aydır ki, bu qalmaqal baş verib, bəs niyə susursan? Bu qalmaqala öz mövqeyini bildir də”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Tahir İmanov məsələyə biganə qalmayaraq rəhbəri olduğu teatrın yaradıcı heyəti adından oxu.az-a müsahibə verərək, S.Pavliaşvilinin Azərbaycan xalqından üzr istəməyincə, ölkəmizdə konsert verə biləcəyini kəskin şəkildə qınamışdı.

Tahir İmanov ermənipərəst müğənninin konsertinə getmək istəyənlərə müraciət də ünvanlamışdı: “Əgər qanınızda müsəlman qanı varsa, o konsertə getməyə necə hazırlaşa bilirsiniz?”

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın