Cümə , Aprel 19 2024
Ana səhifə / Tahir İmanov Rafaellə Coşquna söz atdı

Tahir İmanov Rafaellə Coşquna söz atdı

Əməkdar artist Tahir İmanov yeni yaranan KVN komandalarından danışıb.

” Azinform.az” ın  axşam.az-a istinadən məlumatına görə, “Səbəbkar” verilişinə açıqlama verən aktyor “Bu şəhərdə”ni özlərinə rəqib görmədiyini deyib:

“Bu gün karifey sənətkarların iştirak etdiyi köhnə tamaşalara gülürəm. Bizim bu sahədə böyük keçmişimiz olub. Səhnədə olarkən Bəhramla Cabirin (aktyor Bəhram Bağırzadə və Cabir İmanov – red.) improvizələrinə gülürəm. Bizim aramızda fərq yoxdur. Aleksandr Vasilyeviç Maslyakovun məktəbini keçmişik. Biz KVN məktəbi bitirmişik, indiyənə kimi də bu prinsiplərlə çalışırıq: mənalı zarafatlardan, yumordan, satiradan istifadə edirik. Bu gün verilişlərdə bayağı yumora çox üstünlük verirlər. Yeni komandaların bizim qədər tamaşaçını ələ alması üçün onlara mərhum Anar Məmmədxanov kimi rəhbər, Bəhram Bağırzadə kimi “frontmen” – əsas aktyor lazımdır. KVN komandasının vizit-kartı Bəhram Bağırzadədir.

“Bu şəhərdə” bizim rəqibimiz deyil. Bizim rəqiblərimiz Moskvada qalıb. Əvvəl konsertlərinə getmişəm, son zamanlar yox”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın