Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? – VİDEO

Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? – VİDEO

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının “İmkan edib, təzə meyvələrdən ala bilmədim” açıqlamasına ironik yanaşıb.

Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.

Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq, “Bentley” alırsan? Neçəyədir? 250 min? Yaxşı, al”, – desə də, digər bir zəngdə isə “başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər”, – deyərək lağa qoyub.

Sözügedən görüntüləri təqdim edirik:

https://player.baku.tv/embed/56311

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …