Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Tahir Elçinin öldürüldüyü atışmanın görüntüləri yayıldı-VİDEO,FOTOLAR

Tahir Elçinin öldürüldüyü atışmanın görüntüləri yayıldı-VİDEO,FOTOLAR

Türkiyənin Diyabəkir vilayətində  Vəkillər Kollegiyasının sədrinin öldürüldüyü atışmanın videosu ortaya çıxıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin Diyabəkir vilayətində  Vəkillər Kollegiyasının sədri Tahir Elçinin öldürüldüyü,  terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən atışmanın görüntüləri yayılıb.
 
Mətbuat konfransı keçirdiyi əsnada başından vurulan T.Elçi aparıldığı xəstəxanada həyatını itirib. 
İlkin məlumata görə, atışma zamanı bir polis şəhid olub, 3 polis isə yaralanıb. Yaralananlar içərisində Anadolu Agentliyinin jurnalistinin də olduğu bildirilir.
Hadisənin ardından Diyarbəkirin Sur rayonunda əhaliyə küçəyə çıxmaq qadağan olunub.
Hadisə zamanı bir tədbirdə çıxış edən Ərdoğan T.Elçinin öldürüldüyü xəbərinə kədərləndiyini və onu öldürənlər qınadığını dilə gətirib.
Qeyd edək ki, T.Elçinin mətbuat konfransında çıxışı zamanı son sözləri “bu tarixi bölgədə savaş, qarşıdurma, atışma istəmirik” olub.
 
Tahir Elçi nasıl vuruldu?
 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın