Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər — ŞOK FOTOLAR

Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər — ŞOK FOTOLAR

Martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq atasının qəbrində torpağa tapşırılıb.

“Ölkə.Az”-ın məlumatına görə, ailəsi bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atıb.

Əməkdaşımız bəstəkarın dünən dəfn edildiyi qəbristanlıqda olub. Məlum olub ki, T.Əkbərin nəşi qəbirdən çıxarılıb və atasıyla eyni qəbirdə dəfn edilib.

Diqqət çəkən məqamlardan biri isə ailənin Mədəniyyət və Turizm Nazirliyi adından sənətkarın qəbri üstünə qoyulmuş əklildən belə imtina etməsidir.

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib.

İntiqam VALEHOĞLU

Ölkə.Az

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …