Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Tağıyevin nəticəsi ilk dəfə Bakıya gəldi – Video

Tağıyevin nəticəsi ilk dəfə Bakıya gəldi – Video

Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, milyonçunun oğlu Sadiqi Tağıyevin nəvəsi olan Alban Bakıya ilk dəfə təşrif buyurub.

O, səfəri zamanı Tağıyevin məzarını ziyarət edib. Albanın görüntülərini “ADDIM” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə sosial şəbəkədə paylaşıb. 

Məlumat üçün bildirək ki, messenatın nəticəsi Parisdə dünyaya gəlib, orada yaşayır. Alban hazırda tarix üzrə təhsil alır. O, iki gün sonra Fransaya qayıdacaq.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …