Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Təxribatçıların yerində otuzdurulmasını istəyirəm” — Hadi Rəcəbli jurnalistlərdən dəstək istədi

“Təxribatçıların yerində otuzdurulmasını istəyirəm” — Hadi Rəcəbli jurnalistlərdən dəstək istədi

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bugün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli jurnalistlərə çağırış edib.

“Ölkə.Az”-ın məlumatına görə, H.Rəcəbli jurnalistləri özü və komitəsi ilə bağlı yazılan tənqidi yazılara cavab verməyə səsləyib.

H.Rəcəbli iclas zalında iştirak edən Qarabağ qazisi (əlili), jurnalist Rey Kərimoğluna müraciət edərək deyib ki, özü və əlillər haqqında yazılan qıcıqlandırıcı materiallar olan zaman jurnalistlər buna cavab verməlidir:

“Burada Qarabağ qzisi olan jurnalistimiz Rey Kərimoğlu da iştirak edir. Mən mətbuatda komitəmiz və əlillərlə bağlı təxribat xarakterli yazılar olanda, ona kəskin cavab verilməsini, yerində otuzdurulmasını istəyirəm. Cəmiyyəti qıcıqlandıran bir sıra məqamlar var. Onlardan biri də əlil qrupundan olan insanlardır. Bəzən görürsən ki, bilərəkdən və ya bilməyərkdən qıcıqlandırıcı fikirləri önə çəkərək, qarşıdurma yaratmağa çalışırlar. Bu il Azərbaycanda prezident seçkiləri ilidir, ictimai-siyasi fəallıq artır. Ona görə də mətbuat orqanlarını bu məsələdə diqqətli olmağa və təxribatlara qarşı mübarizə aparmağa çağırıram”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …