Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Təkcə bir raketlə bütün küçə dağılıb” – “Rossiya 1” Gəncədə + Video

“Təkcə bir raketlə bütün küçə dağılıb” – “Rossiya 1” Gəncədə + Video

Rusiyanın “Rossiya 1” dövlət telekanalı Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin oktyabrın 4-də Ermənistan ərazisindən atəşə tutulması barədə reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, reportajda atəşin səbəb olduğu dağıntılar və itkilər işıqlandırılıb.

“Arxamda təkcə bir raketin necə dağıntılara səbəb olduğunu görə bilərsiniz, demək olar ki, bütün küçə dağılıb”,-deyə telekanalın bölgə müxbiri Fuad Bayramov qeyd edib.

Həmçinin bildirilib ki, zərbə nəticəsində 1 nəfər mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …