Ana səhifə / Aktual / Təhsil Nazirliyindən “Müəllimlər Günü” açıqlaması: “Müvafiq tədbirlər görüləcək”

Təhsil Nazirliyindən “Müəllimlər Günü” açıqlaması: “Müvafiq tədbirlər görüləcək”

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər.
Bu barədə unikal.org-a Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq:
“Belə hallarla rastlaşan şəxslər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edə bilər. Bu halların hər biri araşdırılacaq, faktlar təsdiqini tapdığı təqdirdə müvafiq tədbir görüləcək”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …