Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Təhsil Nazirliyi seçki pozuntusuna yol verən müəllimlərlə bağlı tədbir görəcək, hüquqşünas isə onları 2 il cəza gözlədioyini deyir

Təhsil Nazirliyi seçki pozuntusuna yol verən müəllimlərlə bağlı tədbir görəcək, hüquqşünas isə onları 2 il cəza gözlədioyini deyir

Təhsil Nazirliyi sosial şəbəkədə yayılmış görüntülərə münasibət bildirib

 Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır.

Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

Kadrlara düşən şəxslərin “karusel”ə cəlb edildikləri bildirilir. Müəllim olduqları deyilən və özlərini hansısa partiyaların müşahidəçisi kimi təqdim edən bu insanların, əslində təmsil olunduqları partiyalar barəsində məlumatsız olduqları da üzə çıxıb.

Sosial şəbəkədə yayılmış belə görüntülərlə bağlı Təhsil Nazirliyindən AYNA-nın sorğusuna cavab verilib. Bildirilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır.

“Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”, – deyə Nazirlikdən qeyd olunub.

Hüquqşünas Ələsgər Əhmədoğlu isə AYNA-ya açıqlamasında deyib ki, seçki nəticələrini bilərəkdən və ya bilməyərəkdən saxtalaşdırmağa göz yumanlar və bilavasitə iştirak edənlər cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, belə şəxsləri 2 ilədək azaqlıqdan məhrumetmə cəzası gözləyir”.

“Əgər müəllimlərdən kimsə 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bu prosesdə olubsa və ya onların gözü qaşısında saxtakarlıq baş veribsə, onlar üçün bu cinayət maddəsinin tətbiqi mümkündür. Əgər cinayət işi açılsa, həmin müəllimlər bu maddələr üzrə mühakimə olunacaqlar”, – deyə hüquqşünas qeyd edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …