Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Təhsil naziri rus bölməsində təhsil alanların “daha müvəffəqiyyətli” olması barədə

Təhsil naziri rus bölməsində təhsil alanların “daha müvəffəqiyyətli” olması barədə

“Rus bölməsidə təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən daha yüksək nəticə göstərmələri haqqında deyilənlər bir mifdir”. Bunu təhsil naziri Ceyhun Bayramov “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da deyib.

Onun sözlərinə görə, statistikadan görmək olar ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri aşağı deyil, hətta bəzən daha yüksəkdir.

Nazir qeyd edib ki, artıq birinci sinifdən etibarən şagirdlərə bir xarici dilin öyrədilməsi nəzərdə tutulub: “Beşinci sinifdən etibarən isə ikinci xarici dilin tədris olunması planlaşdırılır”.

C.Bayramov qeyd edib ki, Azərbaycanda təhsil alan şagirdlərin 92-93 faizi dövlət dilində oxuyur: “Son illər bu rəqəmdə dəyişiklik yoxdur”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …