Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Təhsil işçiləri döyülən müəllimi ziyarət etdi – Vəziyyəti yaxşı deyil

Təhsil işçiləri döyülən müəllimi ziyarət etdi – Vəziyyəti yaxşı deyil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib.

O qeyd edib ki, həkimlərlə söhbət ediblər və direktorun səhhəti ilə maraqlanıblar.

“Vəziyyəti yaxşı deyil… Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.

Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir məncə…

Bu saatlara qədər yüzlərlə təhsil işçiləri – məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edir, həyətdə gözləyirlər…

Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …