Ana səhifə / Aktual / Təhsil İdarəsi “son zəng”lə bağlı şərtləri açıqladı – Təhlükəsizlik üçün rəsmi qurumlara müraciət ediləcək

Təhsil İdarəsi “son zəng”lə bağlı şərtləri açıqladı – Təhlükəsizlik üçün rəsmi qurumlara müraciət ediləcək

“İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi cəlb olunmur. M.Vəliyeva vurğulayıb ki, şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilir: “Builki “Son zəng” tədbirləri də yaxşı səviyyədə keçiriləcək”.
İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: “27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək”.
Report

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …