Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Aktual / Tərxis olunanlarla bağlı müraciətlərin sayı açıqlandı

Tərxis olunanlarla bağlı müraciətlərin sayı açıqlandı

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyda bu günə qədər 1751 nəfər qəbul edilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən 202 müraciətə baxılıb.

Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşlara lazımı qaydada köməklik göstərilməsi üçün bütün tədbirlər görülür.

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Həmçinin oxuyun

“İskəndər”i İsrail silahı zərərsizləşdirib?

Bu günlərdə Britaniyanın “Middle East Eye” nəşri sensasiyalı məlumat yayaraq, Ermənistanın Azərbaycan ərazisinə atdığı “İskəndər” …