Ana səhifə / Tənzilə Rüstəmxanlı 31 mart soyqırımının yüz illiyinə böyük hazırlıqlar ideyası dəstəkləyir

Tənzilə Rüstəmxanlı 31 mart soyqırımının yüz illiyinə böyük hazırlıqlar ideyası dəstəkləyir

Tənzilə Rüstəmxanlı: «Mən çox təəssüf edirəm ki, Türkiyə mətbuatı da bu məsələyə biganə yanaşır»

«Həmin işlərə indidən başlamalıyıq»
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 97 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan «İsmailiyyə» binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Qarşıdan bu hadisənin yüz illiyi gəlir. 3 il sonra baş tutacaq bu tarixə hansı formada hazırlaşmaq lazımdırğ Bu 100 illik tarixin geniş formada dünyaya təqdim olunmasına ehtiyac varmı?
Azəri-Türk Qadınları Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu tarixin geniş miqyasda keçirilməsinə ehtiyac var: «Həmin işlərə indidən başlamalıyıq. Ermənilər 100 ildir qondarma soyqırımın tanıdılması ilə məşğul olur. Biz niyə etməyəkğ Fərq ondadır ki, onlar olmayan hadisəni şişirdir, biz isə gerçək soyqırımın tanıdılmasında passivliyə yol veririk. Heç türkdilli ölkələrin parlamentində bu tarixi tanıda bilməmişik.
Mən çox təəssüf edirəm ki, Türkiyə mətbuatı da bu məsələyə biganə yanaşır. Əlbəttə, qələmini erməni diasporuna təslim etməyənləri istisna edirəm. Ancaq unutmaq lazım deyil ki, qondarma soyqırım iddialarına qarşı bizim çıxara biləcəyimiz ən güclü silah məhz bu tarix ola bilər. Bu səbəbdən də indidən səfərbər olmalıyıq».
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın