Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Təhsil Şöbəsi müdiri valideyini döyüb – Sensasion ittihamlar (Video)

Təhsil Şöbəsi müdiri valideyini döyüb – Sensasion ittihamlar (Video)

İmişlidə sensasion olay yaşanır.
Avropa.info xəbər verir ki, İmişli rayon  Çaxırlı kənd sakini Ceyhunə Qasımova  rayonun  Təhsil Şöbəsinin  müdiri  Ramiz Əmirov və  müavini Vahid Tağıyevin onun telefonunu əlindən alaraq  zor tətbiq etdiklərini  deyir.
“2012-ci ildən İmişli rayon Çaxırlı kənd orta məktəbinin  direktoru Atamoğlan Məmmədovdan Təhsil Nazirliyinə dəfələrlə şikayət etsəmdə bir cavab ala bilməmişəm. İmişli Təhsil Şöbəsinin müdiri  Ramiz Əmirov Təhsil Nazirliyinə yalan məlumatlar verərək Atamoğlan Məmmədovu qoruyur. Sonuncu dəfə Təhsil Nazirliyində Daxili Nəzarət şobəsinin  müdiri  Kənan Quliyevin qəbulunda oldum və şikayətimi ətraflı izah etdim. Kənan Quliyev Çaxırlı kənd orta məktəbində keçiriləcək  yoxlama zamanı mənim də iştirak etməmi və  iddialarımı sübuta yetirəcək dəlillər toplamamı bildirdi. Yoxlamadan bir gün öncə, bazar günü məktəbə gələn inspektorun jurnalları daşıyıb apardığını gördükdə onu mobil telefonumla videoya çəkdim.  Təhsil Nazirliyinin yoxlama aparacağı gün  məni Təhsil İdarəsinin müdiri  Ramiz Əmirov çağırtdıraraq yoxlamada iştirak etməmi istədi . Lakin, mən imtina etdim. Yoxlama zamanı dərsə illərlə gəlməyib, qiymətləri yazılan şagirdlərin  adlarını  telefonuma çəkən zaman, Ramiz Əmirov və müavini Vahid Tağıyev mənə hücum edib telefonumu zorla əlimdən alaraq mənə xəsarət yetirdilər.”
Ceyhunə  Qasımova  iddia edir ki, Çaxırlı kənd orta məktəbinin direktoru spirtli içki qəbul edərək məktəbə gəlməsi, məktəbdə qız uşaqları ilə nalayiq rəftarlar etməsi səbəbindən 3 övladını təhsil müəssəsindən çıxarıb.
Şikayətçi valideyn deyir ki, kənd məktəbinin direktoru Atamoğlan  Məmmədov  2014-cü ildə 8-ci sinif şagirdini döyərək məktəbdən qovması ilə yanaşı,  1993-cü ildə, bir qıza təcavüz edib.  Təcavüzə uğrayan qızı isə öz atası başın kəsərək qətlə yetirib.  Bir neçə il öncə isə  direktor  İmişlidə “Elçin” şadlıq sayarında bir xanıma sataşdığı üçün  döyülüb.
Hər halda  valideynin iddialarıdır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın