Ana səhifə / Aktual / TƏHSİL NAZİRLİYİNDƏN KORONAVİRUSLA BAĞLI TAPŞIRIQ – Məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı- FOTO

TƏHSİL NAZİRLİYİNDƏN KORONAVİRUSLA BAĞLI TAPŞIRIQ – Məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı- FOTO

Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib. 

Nazirliyin tapşırığında deyilir:“Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumu təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi sizə tapşırılır:

– Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi,

– Ümumi təhsil müəssisələrində şagirdlər arasımda respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi,

– Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması,

– Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması,

– Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması,

– Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması”.

Sənədi Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov imzalayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …