Ana səhifə / Aktual / Təhsil naziri intihar edən məktəblilərdən yazdı

Təhsil naziri intihar edən məktəblilərdən yazdı

Təhsil naziri Emin Əmrullayev intihar edən məktəblilərlə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, nazir sosial şəbəkə hesabında hadisədən kədərləndiyini bildirib:

“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”

Xatırladaq ki, bu gün günorta saatlarında iki məktəbli Lökbatanda yerləşən hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. İntihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı sinif yoldaşı olublar.

Həmçinin oxuyun

Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?

Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə …