Çərşənbə , Yanvar 23 2019
Ana səhifə / Aktual / Təhsil naziri Aşura günü və şagirdlərin dərsdə iştirakı haqda

Təhsil naziri Aşura günü və şagirdlərin dərsdə iştirakı haqda

“Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək”.

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov Aşura günündə şagirdlərin dərsdən yayınması məsələsinə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər: “Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.

Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

AZINFORUM.AZ: – Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin …