Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / TƏHSİL EKSPERTİ: ” REKTOR NURLANA ƏLİYEVA SİFARİŞLİ YAZI YAZDIRIR” 

TƏHSİL EKSPERTİ: ” REKTOR NURLANA ƏLİYEVA SİFARİŞLİ YAZI YAZDIRIR” 

Rektor təyin olunduğu gündən fəaliyyəti kəskin tənqidlərə məruz qalan Nurlana Əliyeva özünümüdafiə məqsədilə sifarişli yazılar yazdırmaq yolunu tutub. İctimaiyyətə yaxşı məlumdur ki, xanım rektor universitetə çatan kimi tarixi mozaikanı sökmüş, universitetə kollecdən 40-a yaxın əməkdaş cəlb etmiş, qaranlıq maliyyə mənbəyi ilə təmir deyilən karikatur işlər aparmış, universitetdə təhsil mühitini korlayan hərəkətlərə yol vermişdir.

Faktinfo.az saytının baş redaktoru Fuad İsgəndərovun xanım rektorun diqtəsi ilə yazdığı “Nurlana Əliyeva niyə hədəf seçilib – O, maneədir, məqsəddir” məqaləsi özünüifşadan başqa bir şey deyil. Məqalədə mənim də adımın çəkilməsi və yazılarımın “təhlil” olunmasından dünən xəbər tutmuşam. Bu səbəbdən cavab verməyi özümə borc bildim.

Digər tərəfdən, “Azərbaycan Universitetləri” kitabı üzərində işlədiyim üçün bir müddət Bakı Slavyan Universitetində olmuş və bu ali məktəbi dərindən öyrənmişəm. Adı çəkilən məqaləyə münasibətim iddialara cavab formasında olacaq:

İddia: “Hadisələrin inkişafı isə deməyə əsas verirdi ki, rektor qarşısına qoyduğu hədəfə çatmaq, ona göstərilən etimadı doğrultmaq, daha doğrusu, verilən tapşırığın ikinci mərhələsini yerinə yetirmək üçün BSU-da təmir-yenidənqurma və restavrasiya, bərpa işlərinə başladı. Bu işlərin görülməsi kifayət qədər vəsait tələb edirdi. Vəsait isə yox idi, çünki BSU zamanla talan olunmuşdu. Yeni rəhbərlik Təhsil Nazirliyi, Nazirlər Kabineti ilə yazışmalar aparır, paralel olaraq, müxtəlif mənbələr hesabına işlərə başlayırdı. Beləliklə, kanalizasiya sularının zirzəmiyə axmasının qarşısı alınır, su xətləri, elektrik naqilləri yenisi ilə əvəzlənir, bərbad vəziyyətdə olan tualetlər, bütün infastruktur təzələnirdi”.

Cavab: Bakı Slavyan Universitetinin, əgər təmir demək mümkündürsə, hansı vəsaitlər hesabına təmir olunmasını Nurlana xanımdan başqa heç kim bilmir. Əgər lift işləmirsə, mozaika düzəldilməyibsə, istilik sistemi normal işləmirsə, həyətdəki “quyu” suyla dolmursa təmir işləri necə başa çata bilər? Fuad isgəndərov hansı sənədlərə baxıb deyir ki, təmir başa çatıb?! Tendersiz keçirilən təmirə necə don geyindirirsiniz? Yəqin ki, Hesablama Palatası və digər aidiyyatı qurumlar nə vaxtsa bunu araşdıracaqlar. Maraqlıdır, Universitetdə su yox idisə, Əhli sünnə namazı qılan 2 il yarımın prorektoru Telman Cəfərov harada yuyunurdu? Bəlkə Dillər Universitetinə gedirdi? Yazıdan hiss olunur ki, baş redaktor bu universitetdə birinci dəfədir olub. Görünür ki, onun tualetlərin və kanalizasiyanın bərbad vəziyyətdə olması haqqında bilgiləri vəhy hesabınadır. Yaxşı, tualetlər bərbad vəziyyətdə idisə prorektorlar Telman Cəfərovla, Rafiq Novruzov təbii ehtiyaclarını ödəmək üçün Dillər Universitetinə gedirdilər? BSU-nun zamanında talan olunmasının hansı rektorun dövrünə təsadüf etməsini deməkdən niyə çəkinirsiniz? Kimi nəzərdə tutursunuz? Rafiq Novruzovu, Kamal Abdullanı, yoxsa Asif Hacıyevi? Hal-hazırda BSU-nun prorektoru olan Rafiq Novruzov 2,5 il rektor əvəzi işləyib. Nə əcəb Nurlana xanım bunu bilmir? Kamal Abdulla bir müsahibəyə razılıq versə daşınız-daş üstə qalmaz, axı.

406734006

İddia: “Hörmətli cənablar, indi özünüz deyin: Siz təkzibolunmaz faktlara inanırsınız, yoxsa anonim şayiələrə, qeyri-səmimi müraciətlərə?!Axı fakt elə bir təkzibedilməz dəlildir ki, onu heç cür təhrif etmək olmaz. N.Əliyeva universitetə rəhbərliyinin birinci həftəsindən tənqid olundu. Onun tənqid olunması üçün ifadə olunan arqumentlərə fakt kimi yanaşılmalı, yoxsa anonim şayiələr kimi qəbul edilməli idi?!

Cavab: Məqalə müəllifi fakt anlayışını anonim şayiə anlayışı ilə səhv salır. Sifarişli yazanda nə olar? Heç olmasa bunların fərqini öyrən! Mozaikanın sökülməsi faktdır, yoxsa şayiə. Kollecdən Ali təhsil təcrübəsi olmayan 40 nəfərin Universitetə gətirilməsi də fakt deyil? Bəlkə Nazirliyin Kollegiyasının Nurlana Əliyevaya xəbərdarlığı da şayiədir? Rafiq Novruzovun rektor əvəzi olmasını da yəqin ki, fakt kimi görmürsünüz…

İddia: “Məgər, N.Əliyeva təmtəraqlı universitetə rektor təyin olunmuşdu ki, oradakı təmir işlərini faciəyə çevirirdilər? Vaxtilə akt zalının bərbad vəziyyətdə olmasını, kanalizasiya sularının zirzəmiyə axıdılmasını, orada anarxiyanın baş alıb getməsini bugünkü vəziyyətlə müqayisə etmək məgər o qədər çətindir? N.Əliyevaya qədər orada olan maliyyə yeyintiləri o həddə çatmışdı ki, müəllimlərin məzuniyyət pulunu verməyə vəsait yox idi? ”

Cavab: Sual olunur, əgər akt zalı bərbad vəziyyətdə idisə, onda 10-dan çox ölkənin prezidentləri bura necə dəvət oluna bilərdilər. Məndə olan məlumata görə, Polşanın prezidenti 3 dəfə, Ukraynanın prezidenti 2 dəfə, Yunanıstanın prezidenti 2 dəfə, Belarusun prezidenti 2 dəfə və Rusiya prezidentinin xanımı Putina bu ali məktəbdə olublar. Bura bataqlıq olubsa onda prezidentlər bataqlığa gətiriliblər? Ölkənin birinci xanımı hörmətli Mehriban Əliyeva xanım Putina ilə bu ali məktəbin akt zalında olub. Bəlkə bu faktdan da xəbərsizsiniz? Anonim şayiəni siz yayırsınız. Mən tam əminəm ki, Fuad İsgəndərov və Nurlana Əliyevanın prezidentlərin ali məktəbə ziyarəti barədə anlayışları belə yoxdur. Şəraiti yoxlanmamış Universitetə prezidentlərin gəlişinə razılıq verilərmi, ay şayiəbazlar! Bilmirsiniz ki, prezidentlər ölkənin ali rəhbərliyinin razılığı ilə bu ali məkəbə gəliblər? Yaxşı, tutaq ki, siz təcrübəsizsiniz, Telman Cəfərovla Rafiq Novruzov da bunu bilmir?

Məndə olan məlumata görə, BSU-da qış imtahan sessiyası başlayan kimi 1000-dən çox tələbə kəsilib. Ali məktəblərdə keçirilən imtahanlar semestr üzrə bilikləri qiymətləndirir. Və hər bir ali məktəbdə semestr imtahanlarının nəticələri müzakirə olunur. Bəlkə bu acınacaqlı nəticələri də keçmiş rəhbərliyin adına yazasınız? Yəqin ki, Universitet rəhbərliyi yay məktəbinin dinləyicilərinin sayının çoxalmasına sevinir. Çünki qarşıya qoyulan məqsədlərdən biri elə budur. Bu “təmir” qədər vacib məsələdir. Sessiyanın nəticələri bu Universitetdə təhsilin səviyyəsinin kəskin pisləşməsinə sübutdur. İndi Asif Hacıyevin əvəzinə Nurlana Əliyeva rektordur. Asif Hacıyevin susqunluğu bu xanımı daha çox əl- qol atmağa vadar edir. Açıq–aşkar Asif müəllimə böhtan atırlar, onu ləkələyirlər. Nurlana Əliyeva Qəbul imtahanlarının şişirdilmiş nəticələrini öz adına yazırdısa, onda semestr müsibətini kimin adına yazacaq? Acınacaqlı nəticələr rektorla birlikdə Rafiq Novruzovun və Telman Cəfərovun adına yazılmalıdır. Rafiq Novruzovdan söz düşmüşkən, deyilənlərə görə o, yaddaşını “itirib”. Polis bölməsində gecələdiyini, dədə mülkü kimi Universitetin binasının bir hissəsini Dillər Universitetinə “hədiyyə etməsini” xatırlaya bilmir. Keçmiş rektor, akademik Kamal Abdulla əlbəttə ki, Nurlana xanımın yaddaşı pozulmuş prorektoru Rafiq Novruzovu əməkhaqqını saxlamaqla Belarusa elmi stajkeçməyə göndərməklə qanunları pozub. Bəlkə də, o, bunu Universitetdə kadr hazırlığının gücləndirilməsi məqsədilə edib. Ancaq Kamal müəllim bilməli idi ki, “ayıq” həyat tərzi keçirən adamları Alsgeymer xəstəliyi tez tutur.

Pisi odur ki, Telman Cəfərov da bu xəstəliyə yoluxub.

Hələlik bu qədər…

Etibar ƏLİYEV, təhsil eksperti

P.S. Nurlana xanım bu Universitetə yeni rektor təyin olunduğu üçün kollektivi yaxşı tanıya bilməzdi. Bu mənada onu çox qınamaq da olmur. Rafiq Novruzov və Telman Cəfərov köhnə rəhbərliyin qabaqda olan komandanları olublar. Vəzifələrə baxın: prorektor – rektor əvəzi, prorektor – lisey direktoru, daha nə qaldı… Onlar köhnə rəhbərliyin adını tez-tez hallandırmaqla, öz səriştəsizlik və yarıtmazlıqlarını gizlətməyə çalışırlar. Hörmətli Nurlana xanım isə yanındakı bu iki prorektoru qoyub, “teleskop”la günahkar axtarır… Teleskopda Kollecdə sessiyanı yola vermək üçün Banklara borclu qalan tələbələr daha aydın görünməlidirlər.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın