Ana səhifə / Aktual / Təhsil eksperti imtahan sualında səhv tapdı

Təhsil eksperti imtahan sualında səhv tapdı

“Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz “Facebook” hesabında paylaşıb.

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir: “Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.

Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.

Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur – Video

2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya …