Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / TƏHLÜKƏSİZLİK ORQANLARI QATİLLƏRİN FOTOLARINI YAYDI – Əhaliyə müraciət

TƏHLÜKƏSİZLİK ORQANLARI QATİLLƏRİN FOTOLARINI YAYDI – Əhaliyə müraciət

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfər haqqında məlumat yayıb
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilir:

“Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur”.

image001image002

VIPedu.BIZ

Həmçinin oxuyun

“SƏRXOŞ VƏZİYYƏTDƏ ŞEYXİ DOLAMAQ ƏXLAQSIZLIQDIR!” – “Axı sən kimsən ki?…”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel …