Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Təcili yardımla seçici daşınması videosu haqda rəsmi açıqlama

Təcili yardımla seçici daşınması videosu haqda rəsmi açıqlama

Kürdəmirdə işçilər təcili tibbi yardım maşınında seçkiyə getdiyi üçün baş həkim cəzalandırılıb. 

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov izahatında hava şəraiti pis olduğu üçün bu addımı atdığını qeyd edib. Onun sözlərinə görə, kollektivin xahişini nəzərə alaraq təcili tibbi yardım avtomobilinin ayrılmasına icazə verib. 

E. Novruzov qanun pozuntusuna yol verdiyi üçün TƏBİB tərəfindən ciddi cəzalandırılıb.

Qeyd edək ki, işçilərin 57 saylı seçki dairəsinə təcili tibbi yardım maşınında getməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış video geniş müzakirə olunmuşdu.

Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …