Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın hazırlanması qaçılmazdır: “İri vəzifələrdə işləyən xeyli kürd əsilli vətəndaşlarımız var. PKK amilinin Türkiyə, Azərbaycan və bölgəmiz üçün dağıdıcı alət olduğu bəllidir. Bu vəzifəli şəxsləri milli mənafe naminə müəyyən lazımi addımlar atmaları üçün hərəkətə gətirmək lazım idi. Bəlkə də hansısa formada əlaqəsi olanlar var. Belədirsə, onları vaxt itirmədən tapmaq lazımdır. Əgər artıq rəsmi nümayəndəmiz kəşfiyyat məlumatlarına əsaslanıb deyirsə ki, Şuşada bizim əsgəri geyimlərimizdə PKK-çılar yerləşdiriliblər. Onda dayanmağın yeri yoxdur”.

Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq ordumuz vahid komandanlıq altında uğurlu döyüş əməliyyatları aparır. Vətən müharibəsi başlayandan bütün xalqımız dövlət başçısı ətrafında sıx birləşib. Ölkədəki bütün siyasi partiyalar aparılan uğurlu əməliyyatları dəstəkləyir. Belə olan halda bir qrup PKK-çıya görə məsələyə bu cür yanaşmaq nə dərəcədə doğrudur?

Sözügedən məsələ ilə bağlı Azinforum.az-a açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Vətən müharibəsinə bu cür yanaşmaq doğru deyil: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur. Məsələyə bu konteksdən yanaşmaq tamamilə səhv fikirdir. Məsələ ondadır ki, bizim dövlətin terror qruplaşması yaratmağa, hansısa terrorçu qrupla təmasa keçməsinə ehtiyac yoxdur. Azərbaycan dövlətinin nizami ordusu var və üzərinə düşən missiyanı da şərəflə yerinə yetirərək uğurlu hərbi əməliyyatlar aparır. Vətən müharibəsində dövlətin yetərincə gücü və resursları var ki, bu məsələni həll etsin. Kimlərsə terror təşkilatına rəğbət bəsləyirsə, bu işə qatmasın. Azərbaycanda etnik kimliyindən aslı olmayaraq hamı dövlətimizin arxasında sıx birləşib. İnşallah işğal altındakı bütün ərazilərimiz azad ediləcək”.

VİDADİ

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …