Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / “Təəssüf ki, “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb” – İqbal Babayevdən ETİRAF

“Təəssüf ki, “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb” – İqbal Babayevdən ETİRAF

Gömrük orqanları əməkdaşları yüksək maaşla təmin olunub.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin KİV nümayəndələri üçün nəzərdə tutulan “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlimində çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini, general-mayor İqbal Babayev deyib.

Onun sözlərinə görə, bu gün nə qədər mübarizə aparılsa da, təəssüf ki, bəzi hallarda “şirinlik” məsələsi hələ də tam yığışdırılmayıb.

“Bunun qarşısını almaq üçün sahibkarlarla iş aparırıq. Bu gün dövlət orqanları içində ən çox maaş alan gömrük orqanlarıdır. Bu da ölkə başçısının gömrük orqanlarına diqqətinin və qayğısının göstəricisidir. İşə qəbul olunanlar gənc, ali təhsilli, Gömrük Məcəlləsini bilən şəxslərdir ki, onları obyektiv və test üsulu ilə işə götürmüşük”.

Həmçinin oxuyun

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son bir …