Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / “Synergy Group”un da vergi borcu varmış – MƏBLƏĞ

“Synergy Group”un da vergi borcu varmış – MƏBLƏĞ

Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Synergy Group” MMC-nin 54 min 568 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 23 iyun 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Synergy Group” MMC 2010-cu ildə təsis edilib. Bu şirkətin nizamnamə kapitalı 50 000 000 manat və qanuni təmsilçisi Rauf Axundovdur.

“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …