Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Şuşaya bilet qurtarsa da, Ağdama yerlər var…

Şuşaya bilet qurtarsa da, Ağdama yerlər var…

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunur. Artıq fevralın sonuna qədər Şuşa şəhərinə səfər üçün biletlər satılıb. Tarixi Ağdam şəhərini arzulayan çox olsa da, səfərə maraq bir qədər azdır. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc “Qafqazinfo”ya bildirib ki, Vətən müharibəsinin başa çatmasından sonra dövlət tərəfindən azad olunmuş torpaqlara ziyarətin həyata keçirilməsi müəyyən şərtlər adı altında səfərin bir qədər fərqli forması məcbur seçilməli oldu: 

“Bu da həmin ərazilərin insan həyatı üçün təhlükəli olması səbəbindən düzgün yanaşmadır. Ağdam Sovet dönəmində, ondan əvvəlki zamanlarda da böyük tarixə malik olan rayon olub. O cümlədən, ötən əsrin 70-80-ci illərində ən çox inkişaf etmiş bir iqtisadi rayon olaraq özündə tarixin böyük bir hissəsini daşıyır. Hazırda həmin rayona Cənab Prezident tərəfindən təyin olunmuş nümayəndə kifayət qədər quruculuğa, cəmiyyətlə işləməyə, o ərazinin sıfırdan qurulması fonunda Ali Baş Komandanın müəyyən etdiyi proqramların gerçəkləşdirilməsinə, gələn hər bir qonaqların o məkanda görüləcək işlərlə bağlı geniş tanış etməyə doğru mühüm addımlar atmaqdadır. Ağdamda sadəcə Çörək Muzeyindən tutmuş yüzlərlə tarixi arxitektur binalardan keçərək çoxlu tədbirlərin gerçəkləşdirilməsi mümkündür. Ağdam insanları da bu illər ərzində sayca artıblar. Onların hər birinə geniş çağırışlar edilməlidir ki, bu istiqamətdə ideyalarını, təkliflərini versinlər.  Bu zaman şahid olacaqsınız ki, bir-birindən rəngarəng yüzlərlə ideya meydana çıxacaq. İnsanların o məkana qayıdışının tarixi analogiyası təəssüf ki yoxdur.  Azərbaycan xalqı bu mənada dünyada birincidir. Bizim açdığımız izlər üzərindən işğala məruz qalmış xalqlar öz gələcək talelərini axtarırlar. Həqiqətən də bu mənada biz nümunə ola bilərik. 

Bilirik ki, bərpanın ilk təməl daşları Ağdam və Şuşada qoyulub. Səfərləri təşviq etmək üçün Ağdamdan olan görkəmli ziyalılar, gənclərlə onlarla daxili və beynəlxalq tədbirləri gerçəkləşdirə bilərlər. Ən başlıcası biz bəzən media məkanında bunların hansısa turist səfərləri olmadığını görürük. Nəzərə almalıyıq ki, müəyyən sayda insanlar həm də ora turist kimi getmiş olacaqlar. Dağıntılar, viranəlik hansısa formada görünməlidir. Müxtəlif formalarda qeydə alınmalıdır. Hər bir ilin düşünürəm ki, ayrıca xatirəsi var. Bu keçmişlə indiki tarix arasında yaxşıca bağ yaradardı. Görün orada nə qədər insanlar olub. Bunların hər birinin varisi sağ salamatdır. Həmin xətt üzərindən bunun mühüm dövlət siyasəti kimi gerçəkləşdirilməsi lazımdır.  Hesab edirəm ki, bunu ordumuz qazandı, xalqımız da yaşamaq üçün gerçək Vətənə çevirdi şəklində bu fəaliyyəti qurmaq mümkün olar”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …