Ana səhifə / Aktual / Şuşanı niyə bombalamadıq? – Nazirdən açıqlama

Şuşanı niyə bombalamadıq? – Nazirdən açıqlama

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma “and içmə” mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasının səbəbini ilk dəfə açıqlayıb.

Azinforum.az – ın xəbərinə görə, nazir “Real” tv-yə müsahibəsində “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verib:

“Belə bir fikir səsləndi ki, Müdafiə naziri Prezident İlham Əliyevin qarşısında məsələ qoymalı idi ki, nəsə etsin. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və bunu etdi də”, – Zakir Həsənov vurğulayıb.

Müdafiə naziri bildirib ki, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlər keçirib: 

“Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s.”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …