Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / ŞUŞALI İŞ ADAMINDAN  PREZİDENTƏ ŞOK  MÜRACİƏT  : “TARİYEL AĞAYEV ZAVODUMU ƏLİMDƏN ALIB, QIZININ ADINA KEÇİRİB”

ŞUŞALI İŞ ADAMINDAN  PREZİDENTƏ ŞOK  MÜRACİƏT  : “TARİYEL AĞAYEV ZAVODUMU ƏLİMDƏN ALIB, QIZININ ADINA KEÇİRİB”

 

Əslən Şuşa şəhərindən olan iş adamı Dadaşov Qəzənfər Kərəm oğlu Prezident İlham Əliyev  və güc nazirlərinə ünvanladığı şikayətin bir nüsxəsini də Azinforum.az-a təqdim edib.  Həmin şikayət məktubundan bəzi detalları təqdim edirik

Cənab Prezident!
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim vətəndaş hüquqlarım vaxtilə Azərbaycan Prezident Aparatında yüksək vəzifə daşıyan Ağayev Tariyel Hüseyn oğlu tərəfindən kobud şəkildə tapdalanıb. O, tutduğu vəzifənin səlahiyyətlərindən istifadə edərək, mənə məxsus olan Bərdə Yağ Pendir Zavodunu  öz qızı Ağayeva Sürayə Tariyel qızının adına keçirib. Bütün prosedur gizli şəkildə həyata keçirildiyi səbəbindən, 2002-ci ildə baş tutan həmin prosesdən mən 2003-cü ildə xəbər tuta bilmişəm. Elə həmin andan da, hüquqlarımın müdafiəsinə qalxmışam. Təəssüflər olsun ki, bununla bağlı dövlət qurumlarına etdiyim silsilə şikayətlərlə bağlı lazımi araşdırma aparılmırdı. Bunun səbəbi aydın idi. Çünki vaxtilə böyük səlahiyyətlərə sahib olan Tariyel Ağayev qulluq mövqeyindən istifadə edərək, şikayətlərimin araşdırılmasına əngəl törədirdi. Bununla yanaşı, o, məndən belə məzmunlu şikayətlərə son qoymağı da tələb edirdi. Onun tərəfindən edilən hədələrin məğzində mənim və ailə üzvlərimin hədələnməsi dayanırdı.
Bu məzmunda, yəni ailəmin təhlükəsizliyinin təmin olunması ilə bağlı 15.09.2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığım teleqram araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Cənab Prezdent!
2011-ci ilin iyun ayının 5-də Daxili İşlər Nazirliyinin zabiti olan oğlum Nofəl Dadşovun cəsədi  İlham Zahid oğlu Məmmədovun evində aşkarlandı. Barəsində danışdığım İlham Məmmədov hazırda həbsdədir, ancaq onun həbsi mənim oğlumun ölüm epizodu ilə bağlı deyil. İlham Məmmədov alman vətəndaş Vüsal Şilderin qətlində təqsirli bilinərək cəzaya məhkum edilib. Qeyd edim ki, həmin qətli işi ilə bağlı Vüsal Şilderin yaxınları mətbuata verdikləri  çoxsaylı  açıqlamalarda  İlham Məmmədovu  Tariyel Ağayevin yaxın adamı kimi xarakterizə ediblər və istintaqın həmin versiya üzərində  aparılmasını tələb ediblər.

Təəssüflər olsun ki, oğlumun qatillərinin məsuliyyətə cəlb olunmasına nail ola bilmirəm.
Cənab Prezident!  Hesab edirəm ki,  zavodumun əlimdən alınması və oğlumun müəmmalı şəkildə dünyasını dəyişməsi hadisəsi arasında sıx bağlılıq var. Sizdən artıq dərəcədə xahiş edirəm ki, şikayətlərimin obyektiv araşdırılması üçün əlaqədar qurumlara lazımi göstəriş verəsiniz”.

Şikayətdə adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

 

Azinforum.az

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın